Cənubi Qafqaz boru kəməri ilə qaz tranziti artıb

Cənubi Qafqaz boru kəməri ilə

Cari ilin yanvar–mart aylarında Azərbaycanda magistral qaz kəmərləri vasitəsilə 11 125,1 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Dövlət Statistika Komitəsi-nin məlumatına görə, qaz nəqlinin 50,8%-i Bakı–Tbilisi–Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz kəməri) vasitəsilə həyata keçirilib.

Bu kəmərlə Şahdəniz yatağından hasil olunan qaz ixrac edilir.

Hesabat dövründə sözügedən kəmər vasitəsilə 5 653,4 milyon kubmetr qaz nəql olunub ki, bu da illik müqayisədə 3,8% artım deməkdir.