İndoneziya kənd təsərrüfatı naziri Andi Amran Sulaiman aprelin 19-da bildirib ki, ölkə 1 iyuldan etibarən dizel yanacağının idxalını dayandırmağı planlaşdırır. Bu barədə Antara News məlumat yayıb.
Ölkə yeni B50 standartına keçir. Bu isə yanacağın tərkibində 50% dizel və 50% xam palma yağı (CPO) olan bioyanacaq qarışığını nəzərdə tutur.
Nazirin sözlərinə görə: “Bu, İndoneziyanın gələcəyin enerjisidir, çünki palma yağından əldə olunur. Palma yağı həm dizel, həm də benzinə çevrilə bilər”.
O qeyd edib ki, palma yağı yalnız dizel deyil, həm də benzin və etanol istehsalı üçün istifadə oluna bilər. Hökumət bu istiqamətdə işlərə dövlət plantasiya şirkəti PTPN IV-ü cəlb etməyi planlaşdırır və gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Yeni standartın tətbiqi palma yağının alternativ yanacaq kimi istifadəsini artıraraq ölkənin enerji müstəqilliyini gücləndirməyə xidmət edəcək.