Azərbaycan bank sektoru 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlamağa başlayıb. Ölkədə fəaliyyət göstərən 21 bankdan artıq 17-si hesabatını təqdim edib.
Açıqlanan nəticələrə əsasən, bankların böyük əksəriyyəti mənfəətlə işləyib. Belə ki, 17 bankdan 16-sı mənfəət əldə etdiyini bildirib, yalnız bir bank – “Bank Avrasiya” zərərlə fəaliyyət göstərib.
Sektor üzrə ən yüksək mənfəət göstəricisi Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qeydə alınıb. Bank 2026-cı ilin ilk rübünü 110,57 milyon manat xalis mənfəətlə başa vurub.
Digər bankların nəticələri aşağıdakı kimidir:
- “AccessBank” – 12,995 milyon manat mənfəət
- “AFB Bank” – 1,128 milyon manat mənfəət
- “Azərbaycan Sənaye Bankı” – 1,722 milyon manat mənfəət
- “Bank Avrasiya” – 0,937 milyon manat zərər
- “Bank Melli İran” – 1,328 milyon manat mənfəət
- “Bank of Baku” – 8,289 milyon manat mənfəət
- “Bank Respublika” – nəticə açıqlanmayıb
- “Bank VTB Azərbaycan” – 1,730 milyon manat mənfəət
- “Expressbank” – 3,272 milyon manat mənfəət
- “Kapital Bank” – nəticə açıqlanmayıb
- “Paşa Bank” – 48,287 milyon manat mənfəət
- “Premium Bank” – 3,676 milyon manat mənfəət
- “Rabitəbank” – nəticə açıqlanmayıb
- “Unibank” – 8,059 milyon manat mənfəət
- “Xalq Bank” – 9,390 milyon manat mənfəət
- “Yapı Kredi Bank Azərbaycan” – 2,281 milyon manat mənfəət
- “Yelo Bank” – 6,685 milyon manat mənfəət
- “Turanbank” – 2,879 milyon manat mənfəət
- “Ziraat Bank Azərbaycan” – 5,571 milyon manat mənfəət
Hesabat dövrü üzrə ən maraqlı məqam mənfəət konsentrasiyasıdır. Hazırda hesabat verən və mənfəət əldə edən 16 bankın cəmi xalis mənfəəti təxminən 229 milyon manat təşkil edir. Bunun 110,57 milyon manatı təkcə ABB-nin (Azərbaycan Beynəlxalq Bankı), 48,29 milyon manatı isə PAŞA Bank-ın payına düşür. Bu o deməkdir ki, hesabat verən bankların cəmi mənfəətinin təxminən 70%-ni cəmi iki bank formalaşdırır. Bu, sektorda resursların və gəlir imkanlarının böyük ölçüdə sistem əhəmiyyətli banklarda cəmləşdiyini təsdiqləyir.
Ekspertlərin də qeyd etdiyi kimi, bank mənfəətinin əsas hərəkətverici qüvvəsi yüksək faiz gəlirləridir. İstehlak kreditlərinə olan tələbatın artması və biznes kreditləri üzrə faiz marjasının qorunması bankların xeyrinə işləyir.
MONETAR.AZ