Avtomobillər gömrük hərracında satışa çıxarılır

Avtomobillər gömrük hərracında

Bu gün saat 11:30-da dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələrinin gömrük hərracı keçiriləcək.

Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında təşkil olunacaq.

Hərraca müxtəlif təyinatlı nəqliyyat vasitələri çıxarılır. Bunların sırasında 2004-cü il istehsalı “Mitsubishi Pajero” minik avtomobili, 2008-ci il istehsalı “Iveco Euro ML 180E28” yük avtomobili, 2004-cü il istehsalı “Lada Vaz 2114” minik avtomobili, həmçinin 2010-cu il istehsalı “DAF FT XF 105” markalı yəhərli dartıcı və 2008-ci il istehsalı “Schmitz S01” qoşqusu yer alır.

Nəqliyyat vasitələrinin start qiymətləri 2 025 manatdan başlayaraq 82 125 manatadək dəyişir. Hərracda iştirak etmək üçün tələb olunan 5 faiz beh məbləği 101,25 manatdan 4 106,25 manatadək, iştirak haqqı isə 10,13 manatdan 410,63 manatadək təşkil edir.

Bildirilir ki, sözügedən nəqliyyat vasitələri 4-cü dəfə təkrar hərraca çıxarılır və onların qiyməti 25 faiz aşağı salınıb.

MONETAR.AZ