Azərbaycandakı mikro sahibkarların 70 faizi Bakıda fəaliyyət göstərir

Azərbaycandakı mikro sahibkarların 70 faizi

Azərbaycanda mikrosahibkarlıq subyektlərinin böyük hissəsi paytaxtda cəmləşib. 2026-cı il oktyabrın 1-nə ölkədə 203 mindən çox mikro müəssisə qeydə alınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, onların 141,6 mini Bakıda fəaliyyət göstərib. Bu, ölkə üzrə mikrosahibkarlıq subyektlərinin 69,7%-i deməkdir.

Abşeron-Xızı iqtisadi rayonunun payı 6,9%, Lənkəran-Astara iqtisadi rayonunun payı isə 3,4% olub.

Kiçik sahibkarlıq subyektlərində də oxşar mənzərə müşahidə edilir. Ölkədəki 10 min 887 kiçik sahibkarlıq subyektinin 7 min 444-ü Bakıda yerləşib. Bu, ümumi sayın 68,4%-ni təşkil edir.