Martın 11-də saat 15:00-da ölkənin bir sıra şəhər və rayonlarında bələdiyyə torpaqlarının icarəyə verilməsi və satışı ilə bağlı müsabiqə və hərraclar keçiriləcək. Məlumata görə, torpaq sahələri üzrə müraciətlər 9 fevral–6 mart 2026-cı il tarixlərində qəbul olunub.
Hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Xidmətinin müxtəlif ərazi şöbələrində təşkil ediləcək. Torpaq sahələri sahibkarlıq fəaliyyəti, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə satışa və ya uzunmüddətli icarəyə çıxarılıb.
Məlumata əsasən, torpaq sahələri Sumqayıt şəhəri, Siyəzən rayonu, Samux rayonu, Saatlı rayonu, Salyan rayonu, Zərdab rayonu, Bərdə rayonu, Qusar rayonu və Şəki rayonu ərazilərində yerləşir.
- Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi – 17 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 2 illik icarəyə verilir. İlkin illik icarə haqqı 119 manatdır.
- Siyəzən rayonu, Yenikənd bələdiyyəsi (Tuğay kəndi) – 2 hektar kənd təsərrüfatı torpağı 15 illik icarəyə çıxarılıb. İlkin qiymət 200 manatdır.
- Samux rayonu, Qaraağaclı bələdiyyəsi (Qarabağlı kəndi) – 3 hektar torpaq sahəsi heyvandarlıq məqsədilə 15 illik icarəyə verilir. İlkin qiymət 450 manatdır.
- Saatlı rayonu, Saatlı bələdiyyəsi (Saatlı şəhəri) – 65 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə satışa çıxarılıb. İlkin qiymət 2600 manatdır.
- Saatlı şəhəri, Saatlı bələdiyyəsi – 130 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə satışa təqdim olunur. İlkin qiymət 2860 manatdır.
- Saatlı şəhəri, Saatlı bələdiyyəsi – 182 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün satışa çıxarılıb. İlkin qiymət 4004 manatdır.
- Salyan rayonu, Qızılağac bələdiyyəsi (Qızılağac kəndi) – 1,5 hektar torpaq sahəsi kənd təsərrüfatı istehsalı üçün 15 illik icarəyə verilir. İlkin qiymət 638 manatdır.
- Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi (Körpükənd kəndi) – 2,15 hektar torpaq sahəsi 15 illik icarəyə təqdim edilir. İlkin qiymət 322,5 manatdır.
- Bərdə rayonu, Uğurbəyli bələdiyyəsi (Dəymədağıldı kəndi) – 4,25 hektar torpaq sahəsi 15 illik icarəyə çıxarılıb. İlkin qiymət 1636,25 manatdır.
- Bərdə rayonu, Xanərəb bələdiyyəsi (Xanərəb kəndi) – 1 hektar torpaq sahəsi kənd təsərrüfatı üçün 15 illik icarəyə verilir. İlkin qiymət 330 manatdır.
- Qusar rayonu, Bala Qusar bələdiyyəsi (Bədirqala kəndi) – 1,1 hektar torpaq sahəsi 15 illik icarəyə çıxarılıb. İlkin qiymət 220 manatdır.
- Şəki rayonu, Turan bələdiyyəsi (Turan qəsəbəsi) – 4,92 hektar torpaq sahəsi 15 illik icarəyə təqdim olunur. İlkin qiymət 984 manatdır.
- Şəki rayonu, Cəfərabad bələdiyyəsi (Daşüz kəndi) – 2,36 hektar torpaq sahəsi 15 illik icarəyə verilir. İlkin qiymət 519,2 manatdır.
MONETAR.AZ