Fərdi sahibkarlar yerində sayır

Fərdi sahibkarlar
13 İyun 2025 14:37

2025-ci ilin ilk 5 ayında ölkədə pərakəndə ticarət dövriyyəsi ümumilikdə 3,8 % artsa da fərdi sahibkarların payı demək olar ki, yerində sayıb.

Rəsmi statistikaya əsasən, bu dövrdə fərdi sahibkarların ticarət dövriyyəsi cəmi 0,2 % artıb ki, bu da praktiki olaraq durğunluq deməkdir.

Eyni dövrdə müəssisələr üzrə pərakəndə satış 9,1% artıb. Bu isə bir daha təsdiqləyir ki, bazar getdikcə iri strukturların əlində cəmləşir.

Digər tərəfdən, onlayn satış platformalarının artması da fərdi sahibkarların işini çətinləşdirir.

Əhali bazarlardan daha az istifadə edir, daha çox marketlər və brend mağazalara yönəlir. 

MONETAR.AZ


Oxşar xəbərlər