"OBA Market” MMC də müştərini aldadıb

"OBA Market” MMC də
18 İyun 2025 16:24

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı “OBA Market” MMC-yə məxsus ticarət obyektlərindən birində qida məhsulunun üzərində göstərilmiş qiymətdən daha yüksək qiymətə satılması faktı müəyyən edilib.

Bu hal “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin pozulması kimi qiymətləndirilib. Şirkət barəsində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, bu maddə istehlakçının malın hesabına görə az miqdarda aldadılmasını əhatə edir.

MONETAR.AZ


Oxşar xəbərlər