Qiymət başqa, ödəniş başqa – “Azərbaycan Supermarket” alıcını aldadıb

Qiymət başqa, ödəniş başqa –
18 İyun 2025 16:11

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində “Azərbaycan Supermarket” MMC-də istehlakçı hüquqlarının pozulması faktı aşkarlanıb.

Yoxlama zamanı müəyyən edilib ki, satışda olan qida məhsulu üzərində göstərilən qiymətdən baha qiymətə təqdim olunub. Bu isə istehlakçının malın hesabına dair az miqdarda aldadılması kimi qiymətləndirilib.

Qanun pozuntusu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinə və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən hüquqi qiymətini alıb. Müvafiq inzibati protokol 2025-ci il 6 may tarixində tərtib olunub.

Agentlik tərəfindən şirkətə qarşı inzibati məsuliyyət tədbiri görülüb. İstehlakçılara isə bu kimi hallarda hüquqlarını qorumaq üçün qurumlara müraciət etmək tövsiyə olunur.

MONETAR.AZ


Oxşar xəbərlər