Embavood MMC müştərinin hüqquqlarını ikiqat pozub

Embavood  MMC müştərinin hüqquqlarını
18 İyun 2025 16:05

2025-ci il martın 5-də Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Embawood” MMC barəsində inzibati protokol tərtib edilib. Araşdırmalara əsasən, şirkət bir tərəfdən istehlakçıya satılmış qüsurlu malın geri qaytarılmasından imtina etmiş, digər tərəfdən isə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmayan və istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etmişdir.

Bu hallar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci və 16-cı maddələrinin, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 444.2 və 447.0.9-cu maddələrinin pozulması kimi qiymətləndirilib. Şirkətə qarşı müvafiq hüquqi tədbirlər görülüb.

MONETAR.AZ


Oxşar xəbərlər