“Araz Supermarket” MMC-nin qiymət siyasətində

 “Araz Supermarket” MMC-nin qiymət siyasətində
18 İyun 2025 16:28

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilmiş yoxlamalar zamanı “Araz Supermarket” MMC-nin bir neçə satış nöqtəsində məhsul üzərində göstərilən qiymət ilə kassadakı qiymət arasında fərq müəyyən olunub.

Araşdırmalar nəticəsində pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.1-ci maddəsinə zidd olaraq qiymətləndirilib. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi ilə cərimə tədbirləri görülüb.

MONETAR.AZ


Oxşar xəbərlər