Geyim istehsalında geriləmə – Sektor yarıdan çox kiçilib

Geyim istehsalında geriləmə –
18 İyun 2025 09:34

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda geyim istehsalı ciddi şəkildə azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bu müddət ərzində sahədə cəmi 44 milyon manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% azalma deməkdir. Yəni sektorun fəaliyyəti yarıdan çox zəifləyib.

Mütəxəssislərin fikrincə, geyim istehsalında yaşanan bu ciddi azalma təsadüfi deyil və bir neçə əsas amillə bağlıdır.  Əsas səbəb ucuz və kütləvi xarici geyim məhsullarının bazarı ələ keçirməsidir. İdxal məhsullarının həm qiymət, həm də çeşid baxımından üstünlüyü yerli istehsalçılar üçün ciddi rəqabət təzyiqi yaradır.

Bununla yanaşı, yerli istehsal müəssisələrinin texnoloji cəhətdən geri qalması və xammalın baha başa gəlməsi istehsal prosesini həm maliyyət baxımından çətinləşdirir, həm də keyfiyyət göstəricilərinə mənfi təsir göstərir. Bütün bu amillər bir yerdə sektorun daralmasına və fəaliyyətini davam etdirməkdə çətinlik çəkən müəssisələrin sayının artmasına səbəb olur.

Geyim istehsalı Azərbaycanda həm iqtisadi, həm də sosial baxımdan vacib sahədir. Sektorun bu qədər zəifləməsi əmək bazarına və daxili iqtisadiyyata mənfi təsir göstərir. Bu sahənin dirçəlməsi üçün təcili addımların atılması vacibdir.

MONETAR.AZ


Oxşar xəbərlər