2026-cı ilin ilk yarısında dünyada müdafiə texnologiyaları üzrə startaplara yatırılan vençur investisiyalarının həcmi 40,8 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56% çoxdur.
Monetar.az xəbər verir ki, Seoul Economic Daily nəşrinin PitchBook məlumatlarına istinadən yaydığı xəbərə görə, bu məbləğ 2025-ci il üzrə ümumi investisiyaların 74%-nə bərabərdir. Beləliklə, 2026-cı ilin yekununda yeni rekord qeydə alına bilər.
İnvestorların marağı süni intellekt və pilotsuz uçuş texnologiyalarının inkişafı fonunda artır. ABŞ-ın Anduril Industries şirkəti may ayında 61 milyard dollar dəyərləndirmə ilə 5 milyard dollar investisiya cəlb edib.
Avropada da oxşar tendensiya müşahidə olunur. Almaniyanın pilotsuz uçuş aparatları istehsalçısı Stark iyunda istehsalını genişləndirmək üçün 500 milyon avro maliyyə əldə edib.
Geosiyasi gərginlik və hərbi texnologiyalara tələbatın artması fonunda müdafiə sahəsində startaplara investisiyaların yüksəlməkdə davam edəcəyi gözlənilir.