Hindistan və Aİ arasında ticarət sazişi 5 aydan sonra qüvvəyə minə bilər

Hindistan və Aİ arasında ticarət sazişi 5 aydan sonra

Hindistan və Avropa İttifaqı (Aİ) arasında planlaşdırılan azad ticarət sazişi imzalandıqdan dörd-beş ay sonra qüvvəyə minə bilər. Bunu Hindistanın ticarət naziri Piyuş Qoyal bu gün açıqlayıb.

Nazirin sözlərinə görə, sazişin ilin sonunadək imzalanması planlaşdırılır. Qoyal bu barədə Almaniyaya səfəri zamanı məlumat verib.

Sənəd Hindistan ilə Aİ-yə üzv olan 27 ölkə arasında bazarlara çıxış imkanlarını genişləndirməli və investisiya axınını sürətləndirməlidir. Sazişin qüvvəyə minməsi tərəflər arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar yarada bilər.

MONETAR.AZ