“Japan Airlines Co.” təxminən 20 regional təyyarənin alınması ilə bağlı seçimində “Airbus SE”dən daha çox Braziliyanın “Embraer SA” şirkətinə üstünlük verməyə meyillidir.
“Bloomberg” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Yaponiyanın milli aviadaşıyıcısı yeni regional təyyarələr üçün Braziliya istehsalçısının Embraer E2 modeli ilə Avropa şirkətinin Airbus A220 modeli arasında seçim edir.
Məlumata görə, “Japan Airlines” yekun qərarını artıq oktyabr ayında açıqlaya bilər. Bununla belə, mənbələr bildiriblər ki, danışıqlar hələ başa çatmayıb və aviaşirkətin son seçimi dəyişə bilər.
Əgər “Embraer” variantı təsdiqlənərsə, bu, şirkətin Yaponiya aviasiya bazarında mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətli sifarişlərdən biri ola bilər. Hazırda isə “Japan Airlines”ın hansı təyyarə istehsalçısı ilə yekun razılaşmaya gələcəyi məlum deyil.
MONETAR.AZ