Süni intellekt tenderinin ən ağıllı nəticəsi: 49,4 faiz qənaət

Süni intellekt tenderinin ən ağıllı nəticəsi:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Milli Süni İntellekt strategiyasından irəli gələn tədbirlərin təşkili xidmətinin” satın alınması üzrə tenderin nəticəsi açıqlanıb.

Monetar.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata əsasən, satınalmanın ehtimal olunan qiyməti 549 min 864,82 manat müəyyən edilib. Tenderin qalibi “VATA” MMC olub və şirkətlə 278 min 137,80 manat məbləğində müqavilə imzalanıb.

Beləliklə, xidmətin faktiki satınalma qiyməti ehtimal olunan qiymətdən 271 min 727,02 manat aşağı olub. Başqa sözlə, müqavilənin yekun məbləği ilkin müəyyənləşdirilmiş ehtimal olunan qiymətdən təxminən 49,4% azdır.

Bu, satınalma üzrə nəzərdə tutulan məbləğin demək olar ki, yarısına xidmətin alınması deməkdir. Ehtimal olunan qiymətlə müqavilənin faktiki dəyəri arasındakı fərq dövlət vəsaitlərinə qənaət baxımından diqqət çəkir.