Təhlükəsizlik səbəbindən uçuşlar ləğv olundu

İsrailin İran ərazisinə endirdiyi raket zərbələrindən sonra regional gərginlik hava nəqliyyatında da ciddi fəsadlara səbəb olub. Bir sıra beynəlxalq hava yolu şirkətləri təhlükəsizlik səbəbilə Yaxın Şərqə planlaşdırılmış uçuşlarını dayandırıb.
Uçuşların izlənməsi üzrə ixtisaslaşmış “Flightradar24” platformasının məlumatına görə mülki sivil aviasiya şirkətləri artıq İsrail, İran, İordaniya, Livan və İraq hava məkanlarından istifadə etmir. Həmin ölkələrin hava məkanı müvəqqəti olaraq kommersiya uçuşları üçün bağlanıb.
Xüsusilə Beyrutdakı Refik Hariri Beynəlxalq Hava Limanından həyata keçirilməsi planlaşdırılan uçuşların əksəriyyəti ləğv edilib. Rusiyanın Rosaviatsiya Agentliyi də öz hava yolu şirkətlərinə İran, İsrail, İordaniya və İraqa uçuşları qadağan edib.
Hazırda regionda təhlükəsizlik riskləri yüksək olaraq qiymətləndirilir və hava yolu şirkətləri vəziyyəti yaxından izləyərək yeni qərarlar qəbul edir.
Monetar.az
Ən son xəbərlər
Oxşar xəbərlər

bp Azərbaycan üzrə yeni prezident təyin etdi

“Araz Supermarket” MMC-nin qiymət siyasətində

"OBA Market” MMC də müştərini aldadıb
Axtarış
Axtarış Nəticələri
Heç bir nəticə tapılmadı
Başqa açar sözlər cəhd edin