Dünya bazarında neftin qiymətinin bir barel üçün 200 dollara çatması ehtimalı azdır. Bunu ABŞ-ın enerji naziri Kris Rayt bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında neft tankerlərinin hərəkətində çətinliklər və Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq belə bir qiymət səviyyəsi real görünmür.
Nazir qeyd edib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri tankerləri boğazdan müşayiət etmir, lakin ayın sonuna qədər bunun mümkün ola biləcəyi ehtimal edilir.
Hazırda Brent markalı neft təxminən 98 dollar səviyyəsində ticarət olunur. Günün əvvəlində isə qiymət 100 dolları ötüb. Ekspertlərin fikrincə, Yaxın Şərqdəki gərginlik səbəbindən neft bazarında volatillik yüksək olaraq qalır.
MONETAR.AZ