Avropa İttifaqı ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını son aylarda artırmağa davam edir. Bu, Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaq planlarına baxmayaraq baş verir.
Məlumata görə, 2026-cı ilin aprel ayında Aİ-nin Rusiyadan LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artaraq təxminən 2,17 milyard kubmetr təşkil edib. Ümumilikdə 2026-cı ilin ilk dörd ayında idxal həcmi 18,5% artaraq 9 milyard kubmetrə yaxınlaşıb.
Qeyd olunur ki, mart ayında Rusiya LNG-sinin Avropaya tədarükündə indiyədək qeydə alınan ən yüksək göstərici qeydə alınıb. Bu, müşahidə olunan dövr üçün rekord səviyyə kimi qiymətləndirilir.
Ekspertlər artımı qlobal enerji bazarındakı məhdudiyyətlər və alternativ təchizat mənbələrində yaranan çətinliklərlə izah edirlər. Rəsmi qərarlara əsasən, Aİ 2027-ci ilə qədər Rusiya qazından tam imtina etməyi planlaşdırır, lakin bu müddətədək idxal davam edir.
Bununla yanaşı, Avropa enerji bazarında LNG-yə tələbat yüksək olaraq qalır və Rusiya bu bazarda mühüm paya sahib olmağa davam edir.
MONETAR.AZ