Azərbaycan 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrdən benzin idxalına 53,96 milyon ABŞ dolları vəsait sərf edib. Rəsmi statistikaya görə hesabat dövründə ölkəyə ümumilikdə 61 779,59 ton müxtəlif markalı mühərrik benzini idxal olunub. Hesablamalara görə, idxal olunan benzinin orta qiyməti 1 ton üçün 873 dollar, yaxud 1 litr üçün təxminən 0,87 dollar təşkil edib.
Ölkələr üzrə 1 ton benzinin orta idxal qiyməti belə olub:
· Belarus – 865 dollar;
· Rusiya – 869 dollar;
· Qazaxıstan – 872 dollar;
· Birləşmiş Ərəb Əmirlikləri – 845 dollar;
· Gürcüstan – 1 067 dollar;
· Türkiyə – 1 499 dollar;
· Rumıniya – 874 dollar;
· Yunanıstan – 892 dollar.
Məlumata görə, idxalın əsas hissəsini 95 oktandan aşağı və 95-98 oktan aralığında olan benzin növləri təşkil edib. Ən böyük tədarükçülər sırasında Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri və Yunanıstan yer alıb.
Eyni zamanda, Azərbaycan hesabat dövründə benzin ixracı da həyata keçirib. Yanvar-aprel aylarında ölkədən 6 495,98 ton benzin ixrac olunub. İxracın ümumi dəyəri 4,53 milyon ABŞ dolları təşkil edib.
Benzin ixracının əsas istiqamətləri Gürcüstan və Ermənistan olub. Gürcüstana 3 773,3 ton, Ermənistana isə 2 722,68 ton benzin göndərilib.
Beləliklə, 2026-cı ilin ilk dörd ayında Azərbaycanın benzin idxalı həcmi ixracı təxminən 9,5 dəfə üstələyib.