Çexiya enerji idxalında diqqəti Azərbaycan və Mərkəzi Asiyaya yönəldir

Çexiya enerji idxalında diqqəti Azərbaycan və

Çexiya Avropa İttifaqından kənarda etibarlı tərəfdaşlar axtarır və bu istiqamətdə əsas diqqəti enerji resurslarına yönəldir. Bunu ölkənin baş naziri Andrey Babiş Azərbaycan, Qazaxıstan və Özbəkistana planlaşdırılan səfəri ərəfəsində bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində əsas müzakirə mövzusu neft və qaz tədarükü olacaq. Xüsusilə Azərbaycan ilə əməkdaşlıq artıq mühüm rol oynayır: 2026-cı ildə Azərbaycan Çexiyaya neft ixracında lider olub və ölkənin ümumi idxalının 42%-ni təşkil edib.

Eyni zamanda, QazaxıstanÖzbəkistan da enerji sahəsində potensial tərəfdaşlar kimi qiymətləndirilir.

Bu addım Praqanın enerji təhlükəsizliyini gücləndirmək və tədarük mənbələrini şaxələndirmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir.