Çin Rusiyadan daha çox qaz alıb, amma daha az ödəyib

Çin Rusiyadan daha çox qaz alıb, amma

Qlobal enerji marşrutlarının Asiyaya doğru şaxələnməsi fonunda Çinin Rusiya xammalından asılılığı artmaqda davam edir. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin yaydığı rəsmi statistikaya istinadən TASS agentliyinin verdiyi məlumata görə, cari ilin yanvar–may aylarında Çinin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı fiziki həcmdə 27,96% artaraq 2,737 milyon tona çatıb.

Bununla belə, bazardakı qiymət konyukturu olduqca maraqlı bir təzad yaradıb: Çin Rusiyadan fiziki olaraq təxminən 30% daha çox qaz idxal etsə də, dəyər ifadəsində bu idxala 1,384 milyard dollar xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,28% azdır. Bu, qlobal spot qaz qiymətlərinin enməsi fonunda Çinin daha əlverişli şərtlərlə resurs topladığını göstərir.

Rusiyadan neft idxalının dəyəri isə 27,96% artaraq 27,123 milyard dollara yüksəlib. May ayında Çin Rusiyadan 8,16 milyon ton neft alıb və bunun üçün 5,963 milyard dollar ödəyib.

Təkcə may ayında Çin Rusiyadan 392,67 milyon dollar dəyərində 717,087 min ton LNG və 5,963 milyard dollar dəyərində 8,16 milyon ton neft idxal edib.

Xəbərin ən kritik makroiqtisadi hissəsi aprel-may aylarında daxili Çin bazarında səmərəliliyin düşməsidir. Beynəlxalq analitik mərkəzlərin hesabatları bunu aydın şəkildə ortaya qoyur.

Aprel və may aylarında Çinin müstəqil neft emalı zavodlarının (NEZ) rentabelliyi mənfi zonaya düşüb. Hazır məhsulların satış qiyməti xammal xərclərini qarşılamadığı üçün müəssisələr fəaliyyətlərini optimallaşdırmağa məcbur olublar.

Mənfi marja səbəbindən zavodlar tam gücü ilə işləməkdən imtina edib, istehsalı məhdudlaşdırıb və Rusiya mənşəli xam neftin yeni partiyalarının alışını dayandırıblar.

Bu zəncirvari reaksiya nəticəsində aprel ayında Çin limanlarına dəniz yolu ilə gələn ümumi neft tədarükü gündəlik 1,6 milyon barel azalaraq 6,83 milyon barelə enib.

 Neft idxalında dəyərin (+27,96%), fiziki həcmdən (+20,2%) daha çox artması, bu il Rusiya neftinin (xüsusilə ESPO markasının) orta satış qiymətinin ötən ilə nisbətən baha olduğunu təsdiqləyir. Məhz bu bahalaşma və Çin daxilindəki zəif yanacaq tələbatı yerli NEZ-ləri küncə sıxışdırıb.

MONETAR.AZ