Kubanın enerji sistemi tamamilə sıradan çıxıb. Bu barədə bugün CNN məlumat yayıb. Bildirilir ki, bu, ABŞ-dan neft tədarükünün dayandırılmasından sonra ilk belə haldır.
Hazırda ölkə üzrə elektrik təchizatının bərpası istiqamətində işlər aparılır. Kütləvi elektrik kəsintisinin səbəbi hələlik məlum deyil.
Son aylarda Kubada elektrik enerjisi ilə bağlı problemlər tez-tez müşahidə olunurdu. Yerli hakimiyyət bu vəziyyəti ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalarla əlaqələndirir.
The New York Times qəzetinin məlumatına görə, Donald Trump administrasiyası Kubanın prezidenti Miqel Díaz-Kanel-in hakimiyyətdən uzaqlaşdırılmasına nail olmağa çalışır.
Bundan əlavə, ABŞ prezidenti bir gün əvvəl Kubanı nəzarət altına almağın “pis olmayacağını” qeyd edib. O, həmçinin ölkəyə qarşı enerji blokadası elan etdiyini bildirərək, Kubaya neft tədarük edən istənilən ölkəyə qarşı 100%-lik rüsum tətbiq edəcəyini açıqlayıb.
Martın 14-də Kubanın Moron şəhərində ərzaq çatışmazlığından narazı olan sakinlərin keçirdiyi etiraz aksiyasından sonra bir qrup nümayişçi Kommunist Partiyasının yerli binasını dağıdıb.