Bakıda Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi yürüşlər keçiriləcək

 Bakıda Silahlı Qüvvələr Günü ilə əlaqədar

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Bakının mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yürüşlər saat 10:00-dan 12:00-dək davam edəcək və hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə hərəkət edəcəklər:

I marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı.

II marşrut: Şəhidlər Xiyabanı – Alov Qüllələri Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.

III marşrut: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.

IV marşrut: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.

V marşrut: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi.

DYP sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edərək hərəkətlərini əvvəlcədən planlaşdırmağı, qeyd olunan istiqamətlərdə yarana biləcək sıxlığı nəzərə almağı və alternativ yollardan istifadə etməyi tövsiyə edib.

MONETAR.AZ