Bu gün Beynəlxalq Novruz günü kimi qeyd edilir

Bu gün Beynəlxalq Novruz günü kimi

2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Daha sonra BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Mənası "Yeni gün" kimi başa düşülən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram artıq 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda bayram kimi qeyd olunur.