ABŞ Energetika Nazirliyi strateji neft ehtiyatlarından tədarükün ilk mərhələsinə start verildiyini açıqlayıb. Qurumun bəyanatına görə, martın 20-də ilk olaraq 42,5 milyon barel neft göndərilib.
Martın 12-də Vaşinqton 120 gün ərzində ümumilikdə 172 milyon barel neftin ehtiyatlardan buraxılacağını elan etmişdi. Nazirlik hesab edir ki, ilk mərhələdə neft alan şirkətlər sonradan ehtiyatları 55 milyon barel həcmində yenidən dolduracaqlar.
Bundan əlavə, 2027-ci il ərzində strateji ehtiyatların təxminən 200 milyon barel həcmində bərpası planlaşdırılır. Hazırda strateji neft ehtiyatlarının ümumi həcmi təxminən 415 milyon barel təşkil edir, halbuki icazə verilən maksimum tutum 714 milyon bareldir.
MONETAR.AZ