Samsung Electronics yaddaş çipləri üzrə tədarükü sabitləşdirmək məqsədilə qısamüddətli müqavilələrdən imtina edərək çoxillik razılaşmalara keçidi nəzərdən keçirir. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət hazırda rüblük və ya illik müqavilələri 3–5 illik dövrə qədər uzatmağı planlaşdırır. Bu barədə şirkətin həmsədri Jun Young-hyun illik ümumi yığıncaqda açıqlama verib.
Bu mümkün dəyişikliklər 2026-cı ildə süni intellekt üçün yaddaş çiplərinə tələbatın sürətlə artacağı gözləntiləri fonunda baş verir. Artan tələbat artıq müxtəlif sahələrdə istehlak elektronikası, avtomobil sənayesi və məlumat mərkəzlərində qiymət artımına və planların pozulmasına səbəb olur.
Bir çox ekspertlər hesab edir ki, yaddaş çipləri çatışmazlığı vəziyyəti yaxşılaşmazdan əvvəl daha da dərinləşə bilər.
Bu arada, rəqib SK Hynix də qiymətlərin sabitləşdirilməsi üçün tədbirlər hazırlayır. Şirkətin rəhbəri Chey Tae-won bu istiqamətdə addımlar atılacağını bildirsə də, konkret detallar açıqlanmayıb.
Son günlər Samsung Electronics-in səhmləri kəskin artım göstərib. Bu artım şirkətin yaddaş çipləri çatışmazlığından əlavə fayda əldə edəcəyi gözləntiləri ilə əlaqələndirilir.
Şirkət eyni zamanda bu həftə süni intellekt sənayesi üçün nəzərdə tutulmuş yüksək ötürmə qabiliyyətinə malik yeni HBM4E yaddaş məhsulunu da təqdim edib.