BYD qərargahında Flash Charging texnologiyasını nümayiş etdirilib

BYD qərargahında Flash Charging texnologiyasını

BYD martın əvvəlində Shenzhen şəhərindəki qərargahında texnoloji təqdimat keçirərək Flash Charging sistemi və ikinci nəsil Blade batareya texnologiyasını nümayiş etdirib. Tədbirdə iştirak edən Macquarie analitikləri bu barədə məlumat veriblər.

Şirkət rəhbərliyi bildirib ki, elektromobillərin yayılmasında əsas maneələrdən biri hələ də ultra sürətli şarj və soyuq hava şəraitində performansdır. Elektromobillərin bazar payı artıq 50%-i keçsə də, BYD hesab edir ki, şarj müddətini ənənəvi daxili yanma mühərrikli avtomobillərin yanacaq doldurma vaxtına yaxınlaşdırmaq mümkün olarsa, bu, xüsusilə elektromobilə keçməmiş istehlakçılar və şimal regionlarındakı alıcılar üçün bazarı genişləndirəcək.

Flash Charging sistemi ikinci nəsil Blade batareyası, ötürücü sistem, platforma arxitekturası və şarj infrastrukturu üzərində kompleks mühəndislik yanaşması sayəsində hazırlanıb. Şirkət bildirir ki, bu yanaşma gələcəkdə 800 voltdan yuxarı gərginlikli texnologiyanın daha əlçatan modellərə tətbiqinə imkan verəcək.

BYD bu il 16 min Flash Charging stansiyası qurmağı planlaşdırır. Macquarie analitiklərinin hesablamalarına görə, bu layihənin kapital xərcləri 6–8 milyard yuan təşkil edəcək və xərclər tərəfdaşlar arasında bölüşdürüləcək. Şirkət bu investisiyanı ayrıca infrastruktur layihəsi kimi deyil, məhsulun strateji təkmilləşdirilməsi kimi qiymətləndirir.

BYD şarj şəbəkəsinin genişləndirilməsini avtomobil məhsulları ilə bağlı rəqabət üstünlüyü yaratmaq vasitəsi kimi görür.

 

MONETAR.AZ