NVIDIA Corporation Çin bazarında satış üçün süni intellektə yönəlmiş Groq çiplərinin xüsusi versiyasını hazırlayır. Bu barədə Reuters məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumat Jensen Huang-ın açıqlamasından qısa müddət sonra ortaya çıxıb. O bildirmişdi ki, şirkət ABŞ-dan ixrac icazəsi aldıqdan və Çindən sifarişlər daxil olduqdan sonra H200 çiplərinin istehsalını bərpa edib.
Məlumata görə, Nvidia Groq çiplərini əsasən “inference” (çıxarış) prosesləri üçün istifadə etməyi planlaşdırır. Bu, süni intellekt sistemlərinin istifadəçi sorğularına cavab verməsi və ya tapşırıqları yerinə yetirməsi mərhələsidir.
Şirkət 2025-ci ilin sonunda Groq startapını təxminən 17 milyard dollar dəyərində satın alıb və bu həftənin əvvəlində həmin startapın yeni çip xəttini təqdim edib.
Bu addım Nvidia-nın Çin bazarında mövqeyini qorumaq və eyni zamanda ABŞ-ın texnologiya ixracı məhdudiyyətlərinə uyğunlaşmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
MONETAR.AZ