Microsoft Windows 11-də Bluetooth problemi üçün təcili düzəliş yayımlayıb

Microsoft Windows 11-də Bluetooth problemi üçün təcili

Microsoft Windows 11 üçün KB5084897 nömrəli fövqəladə yeniləmə buraxıb. Bu yeniləmə Bluetooth ilə bağlı qəribə bir problemi aradan qaldırır. Problemin mahiyyəti ondan ibarət idi ki, qoşulmuş cihazlar işləməyə davam etsə də, onlar həm Ayarlar bölməsində, həm sürətli ayarlar panelində görünmürdü. Bu istifadəçilərdə Bluetooth-un sistemdən “itmiş” təəssüratını yaradırdı.

Səbəb Windows 11 24H2 25H2 versiyalarında müşahidə olunmuşdu. Sadəcə qoşulmuş cihazlara təsir etmirdi; yeni Bluetooth cihazlarının siyahıda görünməməsi səbəbindən adi qoşulma prosesi pozulurdu.

Yayımlanan patch bu problemi həll edir. Microsoft-un məlumatına görə, KB5084897 yeniləməsi Bluetooth cihazlarının Ayarlar → Bluetooth cihazlar bölməsində görünməsini bərpa edir onları sürətli ayarlar panelində göstərir.

Vacib məqam odur ki, bu düzəliş hələ bütün istifadəçilərə təqdim olunmayıb. Hazırda KB5084897 yalnız Windows 11 Enterprise LTSC 2024 sistemlərinə çatır. Bu sistemlərdə yeniləmə avtomatik quraşdırılır hotpatch paketləri kimi, adətən, sistem yenidən başlamadan tətbiq olunur.

Microsoft digər Windows 11 versiyalarına yeniləmənin vaxt çatacağı barədə hələ açıqlama verməyib.

MONETAR.AZ