Məşhur aktyor və döyüş sənətləri ustası Chuck Norris 86 yaşında vəfat edib. Bu barədə Variety məlumat yayıb.
Məlumata görə, Hollivud əfsanəsi Havay adalarında yerləşən xəstəxanada dünyasını dəyişib. Bildirilir ki, o, bir gün əvvəl karate məşqi zamanı özünü pis hiss edib. Xəstəxanaya yerləşdirildikdən sonra isə mediada onun telefon zənglərinə cavab verdiyi və danışıq zamanı zarafat etdiyi qeyd olunurdu.
Ailəsinin yaydığı açıqlamada deyilir: “Dərin kədərlə ailəmiz sevimli Çak Norrisin qəfil vəfat etdiyini bildirir. Biz hadisənin təfərrüatlarını gizli saxlamaq istəyirik, lakin bilin ki, o, yaxınlarının sevgisi və qayğısı ilə əhatə olunmuşdu.”
Çak Norris xüsusilə Walker, Texas Ranger serialındakı rolu ilə geniş tanınırdı.
Daha əvvəl şahidlərin sözlərinə görə, onunla bağlı “təcili tibbi vəziyyət” yaşandığı bildirilmişdi.