Gömrük prosedurları sadələşdiriləcək

Gömrük prosedurları

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ-hüquqi sənədlərin hazırlanması planlaşdırılır.

Məlumata görə, malların saxlanma xərclərinin minimuma endirilməsi və onların istehlakçılara daha operativ çatdırılmasını təmin etmək üçün malların iki mərhələli buraxılış mexanizminin tətbiqinə dair normativ baza formalaşdırılacaq. Bu işlərin cari il dekabrın 1-dək Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yük daşımaları üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdə fəaliyyət Dövlət Gömrük KomitəsiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən birgə həyata keçiriləcək.

Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun tətbiqi ilə bağlı normativ-hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulur. Qeyd olunan bütün tədbirlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.