Qətər İqtisadi Forumu Yaxın Şərqdəki gərginliyə görə təxirə salınıb

Qətər İqtisadi Forumu Yaxın Şərqdəki gərginliyə görə

Qətər İqtisadi Forumu təşkilatçıları tədbirin daha gec tarixə keçirildiyini elan ediblər. Forumun əvvəlcə 12–14 may 2026-cı il tarixlərində Dohada keçirilməsi planlaşdırılırdı.

Forum Qətər Ticarət və Sənaye Nazirliyi tərəfindən təşkil olunur və Bloomberg tərəfdaşlığı ilə keçirilir. Təxirə salınmanın səbəbi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda regionda yaranmış qeyri-sabitlikdir.

Rəsmi açıqlamada bildirilir ki, forum “beynəlxalq iştirakın və yüksək səviyyəli təcrübənin təmin olunduğu şəraitdə” yenidən keçiriləcək.

Qeyd edək ki, 2026-cı ildə forum altıncı dəfə təşkil olunmalı idi. Hər il tədbirdə dövlət başçıları, iri şirkət rəhbərləri və investorlar da daxil olmaqla 2,5 mindən çox iştirakçı yer alır. Forumun əsas mövzuları qlobal investisiyalar və yeni texnologiyaların inkişafı ilə bağlı olur.

MONETAR.AZ