Məktəblilər yanvarın 27-dən tətilə çıxacaqlar

Məktəblilər yanvarın 27-dən tətilə

Azərbaycanın ümumtəhsil müəssisələrində 2025/26-cı tədris ilində qış tətili yanvarın 27-də başlayacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək və beş gün davam edəcək. Qərar ümumtəhsil müəssisələrinin hazırlıq qruplarına da şamil olunur.

Agentlikdə bildirilib ki, həm beşgünlük, həm də altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə tətil sonrası ilk dərs günü fevralın 2-si olacaq.