Xiaomi metal korpuslu və kompakt form-faktorlu Sound 2 Pro simsiz kolonkasını təqdim edib. GizmoChina portalının məlumatına görə, model flaqman Sound 2 Max-dan daha aşağı seqmentdə mövqelənir.
Xiaomi Sound 2 Pro iki zolaqlı akustik sistemlə təchiz olunub: orta və yüksək tezliklər üçün ayrıca dinamiklər mövcuddur. Konfiqurasiyaya 40 Vt-lıq orta tezlik dinamiki və 20 Vt-lıq tviter daxildir. Beləliklə, ümumi çıxış gücü 60 Vt təşkil edir və balanslı səslənmə ilə yanaşı, nəzərəçarpan baslara fokuslanır.
Kolonka Bluetooth 5.2 və Wi-Fi 6 dəstəyinə malikdir, həmçinin analoq və rəqəmsal mənbələr üçün RCA və USB-C portları ilə təchiz edilib. Eyni vaxtda dörd cihazla sinxron işləmək mümkündür. Bundan əlavə, cihaz Xiaomi HyperOS ağıllı ev ekosisteminə inteqrasiya olunur.
Çin bazarında Xiaomi Sound 2 Pro 1399 yuan qiymətinə təklif olunur. Hazırda model yalnız daxili bazarda mövcuddur və beynəlxalq satışa çıxarılması ilə bağlı rəsmi təsdiq yoxdur.
MONETAR.AZ