Prezident İlham Əliyev "İçərişəhər"lə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev "İçərişəhər"lə bağlı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilib.

Monetar.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Dəyişikliklə əsasnamənin 9-cu hissəsi aşağıdakı redaksiyada verilib:

"Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır".