Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq,

Milli Hidrometeorologiya Xidməti mayın 30-na (sabah) olan rəsmi hava proqnozunu açıqlayıb. Verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti üstünlük təşkil edəcək, bəzi bölgələrdə isə dolu düşməsi və yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var.

Paytaxt və yarımada ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün böyük hissəsi əsasən yağmursuz keçsə də, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı və şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, lakin gündüz saatlarında tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq.

Rayonlarda hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi magistral yollarda duman səbəbindən görünüş məhdudlaşa bilər. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında: Gecə 13-16° isti, gündüz 20-25° isti, dağlıq ərazilərdə: Gecə 7-12° isti, gündüz 12-17° (bəzi yerlərdə 20-23°) isti olacaq.