2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında həm artım, həm də azalma meyilləri qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə polad tökmə 44,2 min ton təşkil edib. Armatur istehsalı isə 73,9 min ton olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4 faiz azalıb. Polad boruların istehsalı 23,2 min ton olub və bu sahədə də azalma qeydə alınıb.
Bununla yanaşı, əlvan metallurgiyada artım müşahidə edilib. Alüminium məmulatlarının istehsalı 11 771,3 tona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artıb. Əksinə, mis məftil istehsalı 130,4 ton olmaqla ötən ilin 64,2 faizindən az səviyyədə qalaraq kəskin azalma nümayiş etdirib.
Hazır metal məmulatları sektorunda da azalma üstünlük təşkil edir. Metaldan konstruksiyaların istehsalı 2 342,5 ton olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz azalma deməkdir. Məftil və tros istehsalı 10 852,9 ton səviyyəsində qeydə alınıb, digər metal məmulatlarının istehsalı isə 133,9 ton olub.
Hesabat dövründə anbar ehtiyatlarının artması diqqət çəkir. Martın 1-nə olan vəziyyətə görə, polad borular üzrə 14,4 min ton, armatur üzrə isə 9,0 min ton ehtiyat toplanıb. Mis məftil istehsalında azalma olsa da, anbarlarda 3 728,6 ton məhsulun qalması bazarda mövcud ehtiyatların istehsal azalmasını qismən kompensasiya etdiyini göstərir.
MONETAR.AZ