2026-cı ildə qlobal iqtisadiyyat 126 trilyon dollara çatıb. Bu həcmdə Cənubi Qafqaz ölkələrinin payı isə olduqca kiçik qalır və ümumilikdə 0,3 faizdən aşağı qiymətləndirilir.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən region ölkələrinin dünya iqtisadiyyatındakı mövqeyi belədir:
Azərbaycan – təxminən 78 milyard dollar ÜDM ilə dünyada təxminən 90-cı yerlər ətrafında qərarlaşır və regionun ən böyük iqtisadiyyatıdır. İqtisadi strukturda əsas pay enerji sektoruna məxsusdur.
Gürcüstan – 30–35 milyard dollar ÜDM ilə təxminən 110–115-ci yerlərdə yerləşir. İqtisadiyyat daha çox xidmət sektoru və turizmə əsaslanır.
Ermənistan – 25–30 milyard dollar ÜDM ilə təxminən 115–120-ci yerlər ətrafında qərarlaşır və daha kiçik iqtisadi baza ilə fəaliyyət göstərir.
Məlumata görə, üç ölkənin birlikdə iqtisadi həcmi qlobal ÜDM-in təxminən 0,2–0,3 faizini təşkil edir.
MONETAR.AZ