Azərbaycanın qeyri-neft ixracının yarıdan çoxu bir ölkənin payına düşür

Azərbaycanın qeyri-neft ixracının yarıdan çoxu

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı 2026-cı ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 6,7 milyard dollara çatıb.

Monetar.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, qeyri-neft ixracında ən böyük pay Böyük Britaniyanın olub. Belə ki, ümumi ixracın 52,4 faizi bu ölkənin payına düşüb.

İxracda Rusiyanın payı 13,3 faiz, Türkiyənin 7,1 faiz, Gürcüstanın 6,7 faiz, İsveçrənin isə 4,9 faiz təşkil edib.

Beləliklə, Azərbaycanın qeyri-neft ixracının yarıdan çoxu Böyük Britaniyaya yönəlib. Bu isə ölkənin qeyri-neft məhsulları üzrə ixrac bazarlarında coğrafi konsentrasiyanın yüksək olduğunu göstərir.