Dünyanın ən zənginləri bəlli oldu - ABŞ ilk 7-yə düşə bilmədi

Dünyanın ən zənginləri bəlli oldu -

2026-cı ildə adambaşına düşən nominal ümumi daxili məhsulun (ÜDM) həcminə görə Lixtenşteyn dünyada ilk sırada qərarlaşıb. Ölkədə bu göstəricinin 230 min dolları ötəcəyi proqnozlaşdırılır. Reytinqdə ilk 30-luqda yer alan iqtisadiyyatların 20-si Avropanın payına düşür.

Monetar.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) 2026-cı ilin oktyabr ayında açıqladığı World Economic Outlook hesabatının proqnozları əsasında hazırlanan araşdırmada bildirilib.

Siyahıda Lixtenşteyn adambaşına 230 417 dollar ÜDM ilə birinci yerdədir. Lüksemburq 155 733 dollarla ikinci, İrlandiya 127 837 dollarla üçüncü, İsveçrə 124 478 dollarla dördüncü, Norveç isə 115 188 dollarla beşinci sırada qərarlaşıb.

İlk yeddilikdə yer alan digər ölkələr Sinqapur (109 117 dollar) və İslandiyadır (107 464 dollar). Beləliklə, adambaşına ÜDM-i 100 min dolları keçən yeddi iqtisadiyyatın altısı Avropada yerləşir.

ABŞ 95 212 dollar göstərici ilə səkkizinci yerdədir. Danimarka 82 714 dollarla doqquzuncu, Niderland isə 78 535 dollarla onuncu sıradadır. Makao 77 049 dollarla 11-ci, Avstraliya 75 172 dollarla 12-ci, İsrail isə 72 441 dollarla 13-cü yerdə qərarlaşıb.

Siyahının digər iştirakçıları arasında San-Marino (70 662 dollar), İsveç (69 244 dollar), Avstriya (67 020 dollar), Almaniya (65 699 dollar) və Belçika (64 774 dollar) da var.

Yaxın Şərq ölkələrindən İsrail 13-cü, Qətər 19-cu (63 634 dollar), Birləşmiş Ərəb Əmirlikləri isə 24-cü (57 109 dollar) yerdədir. Kanada 60 105 dollar göstərici ilə ilk 30-luqda yer alır.