İqtisadiyyatın şəffaflaşması Azərbaycanda son illərdə həyata keçirilən mühüm struktur dəyişikliklərindən biridir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2018-ci ildən etibarən ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb.
Bu göstəricilər son illərdə iqtisadi fəaliyyətin rəsmiləşdirilməsi və vergi bazasının genişlənməsi istiqamətində baş verən dəyişiklikləri əks etdirir.