Azərbaycanda problemli kreditlər 1 ayda 5 faiz artıb

Azərbaycanda problemli kreditlər

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin iyun ayı üzrə statistik bülleteninə əsasən, bank sektorunda qeyri-işlək kreditlərin (QİK) həcmi iyun ayında artıb.

Hesabata görə, may ayının sonunda 909,1 milyon manat olan qeyri-işlək kreditlər iyunun sonuna 953,5 milyon manata çatıb. Beləliklə, problemli kreditlərin həcmi bir ay ərzində 44,4 milyon manat və ya 4,9% artıb.

Qeyri-işlək kreditlərin ən böyük hissəsini biznes kreditləri təşkil edib. Bu kateqoriya üzrə problemli kreditlər may ayındakı 519,2 milyon manatdan 556,7 milyon manata yüksəlib. İstehlak kreditləri üzrə qeyri-işlək kreditlərin həcmi 358,1 milyon manatdan 362,7 milyon manata, ipoteka kreditləri üzrə isə 31,8 milyon manatdan 34,2 milyon manata artıb.

Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi may ayındakı 2,9%-dən iyunda 3%-ə yüksəlib.

Seqmentlər üzrə göstəricilər isə sabit qalıb. Belə ki, biznes kreditlərində qeyri-işlək kreditlərin payı 3,2%, istehlak kreditlərində 3,7%, ipoteka kreditlərində isə 0,7% təşkil edib.

AMB-nin statistikası göstərir ki, problemli kreditlərin məbləği artsa da, kredit portfelinin genişlənməsi fonunda əsas kredit seqmentləri üzrə qeyri-işlək kreditlərin xüsusi çəkisində ciddi dəyişiklik qeydə alınmayıb.

MONETAR.AZ