Almaniyanın idman avtomobilləri istehsalçısı Porsche AG xərclərin optimallaşdırılması proqramı çərçivəsində 2035-ci ilədək 5,7 milyard avroya qədər qənaət etməyi hədəfləyir.
Bu barədə Handelsblatt işgüzar qəzeti şirkətin daxili hesablamalarına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Porsche-nin maliyyə direktoru Yoxen Brekner çərşənbə günü analitiklərlə keçirdiyi görüşdə bildirib ki, qənaət proqramı uzunmüddətli perspektivdə şirkətə bir neçə milyard avro həcmində xərcləri azaltmağa imkan verəcək.
Məlumata əsasən, proqramın ümumi effektinin 2035-ci ilədək 5,7 milyard avroya çatacağı gözlənilir.
Porsche isə yayılan məlumatlarla bağlı əlavə şərh verməkdən imtina edib.
MONETAR.AZ