2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dollarına yaxın olub. Xarici dövlət borcunun həcmi isə 4,51 milyard dollar təşkil edib.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, strateji valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 19,8 dəfə üstələyib.
Hesabat dövründə Azərbaycanın xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalıb.