Çinin valyuta ehtiyatları apreldə artaraq 3,411 trilyon dollara çatıb və analitiklərin proqnozlarını üstələyib. Bu barədə dünən ölkənin mərkəzi bankının açıqladığı məlumatda bildirilir.
Göstərici “Reuters” sorğusunda proqnozlaşdırılan 3,36 trilyon dollardan yüksək olub. Müqayisə üçün, mart ayında Çinin valyuta ehtiyatları 3,342 trilyon dollar təşkil etmişdi.
Ehtiyatların artımı ötən ay ABŞ dollarının qlobal zəifləməsi fonunda baş verib. Apreldə yuan dollar qarşısında 0,83% möhkəmlənib, dollar isə əsas valyutalar səbətinə qarşı 1,76% ucuzlaşıb.
Çin dünyanın ən böyük xarici valyuta ehtiyatlarına malik ölkə olaraq qalır.
MONETAR.AZ