İsveçrədə inflyasiya 2024-cü ildən bəri maksimum səviyyəyə yüksəlib

İsveçrədə inflyasiya 2024-cü ildən bəri

İsveçrədə aprel ayında inflyasiya enerji qiymətlərinin kəskin artımı fonunda son 16 ayın ən yüksək səviyyəsinə çatıb. Bu barədə Bloomberg məlumat yayıb.

İllik inflyasiya mart ayındakı 0,3%-dən 0,6%-ə yüksəlib və bu göstərici iqtisadçıların proqnozları ilə üst-üstə düşür.

İsveçrə Federal Statistika İdarəsi bildirir ki, qiymət artımının əsas səbəblərindən biri neft məhsullarının bahalaşması olub. Enerji daşıyıcılarının qiymətinin yüksəlməsi digər sahələrdə də xərcləri artırıb. Xüsusilə tərəvəz və tropik meyvələrin qiymətlərində ciddi artım qeydə alınıb.

Eyni zamanda, əsas inflyasiya (enerji qiymətləri çıxılmaqla) 0,3%-ə qədər yavaşıyıb. Bu isə inflyasiyanın hələlik geniş şəkildə digər məhsul kateqoriyalarına yayılmadığını göstərir.

İsveçrə Milli Bankı hesab edir ki, qiymət artımı qısamüddətli xarakter daşıyır. Bankın rəhbəri Martin Şleqel aprelin 24-də bildirib ki, orta müddətli perspektivdə inflyasiya təzyiqi “demək olar ki, dəyişməyib”.

Bununla belə, inflyasiyanın müəyyən qədər artması mərkəzi bank üçün müsbət siqnal sayılır. Müharibədən əvvəl bank aşağı inflyasiya problemi ilə üzləşirdi ki, bu da güclü İsveçrə frankının idxal qiymətlərini ucuzlaşdırması ilə bağlı idi.

İqtisadçılar isə daha ehtiyatlı mövqe tutur və 2028-ci ilə qədər faiz dərəcələrində dəyişiklik gözləmirlər. İnvestorlar isə əksinə, artıq bu ilin sonuna qədər faiz artımını ehtimal edirlər. Fyuçers bazarları təxminən 25 baza bəndi artımı qiymətləndirir.

İsveçrə Milli Bankı ikinci rübdə inflyasiyanın orta hesabla 0,5% olacağını proqnozlaşdırır. Lakin yaxın aylarda qiymət artımı davam edərsə, real göstəricilər bu səviyyəni aşa bilər.

MONETAR.AZ