İstanbul birjasında satış qadağası uzadıldı

İstanbul birjasında satış qadağası

Türkiyənin Sərmaye Piyasası Kurulu (SPK) maliyyə bazarlarında sabitliyi qorumaq və investorların maraqlarını müdafiə etmək məqsədilə tətbiq edilən bəzi məhdudlaşdırıcı tədbirlərin müddətini uzatmağa qərar verib.

SPK-nın son qərarına əsasən, İstanbul birjasında investorun əlində olmayan səhmi sonradan geri almaq öhdəliyi ilə satması əməliyyatlarına qoyulan qadağa 27 mart 2026-cı il tarixinədək uzadılıb.

Qərarda həmçinin kreditli kapital bazarı əməliyyatları ilə bağlı mühüm məqamlar yer alıb. Kreditlə həyata keçirilən əməliyyatlar zamanı tələb olunan öz vəsait nisbətinin (marja tələblərinin) yumşaldılmış qaydada tətbiqi davam edəcək.

MONETAR.AZ