Rusiya Azərbaycana nağd rubl ixracına məhdudiyyət tətbiq edib

Rusiya Azərbaycana nağd rubl ixracına

Rusiya Prezidenti Vladimir Putin ölkədən Azərbaycana və bir sıra digər dövlətlərə nağd rus valyutasının ixracına məhdudiyyətləri nəzərdə tutan fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, fiziki şəxslərə Rusiyadan Azərbaycan Respublikasına, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, Tacikistana və Özbəkistana 1 milyon rubldan artıq məbləğdə nağd rubl ixracı qadağan edilir.

Bununla belə, fərmanda istisnalar da nəzərdə tutulur. Xüsusilə, fiziki şəxslər ixrac edilən nağd Rusiya valyutasının bütün məbləği üçün bank çıxarışları olduqda RF-nin beynəlxalq hava limanlarında hava keçid məntəqələri vasitəsilə 1 milyon rubldan çox məbləğdə ixrac edə biləcəklər. Çıxarışlar müəyyən edilmiş qaydada təsdiqlənməlidir.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məbləğindən asılı olmayaraq, həmçinin sənəddə nəzərdə tutulmuş istisnalarla bu dövlətlərə nağd rublun ixracına qadağa qoyulur.