İlin ilk 8 ayında “AzərEnerji”nin ixrac gəlirləri artıb

İlin ilk 8 ayında “AzərEnerji”nin

“AzərEnerji” ASC-nin ixrac gəlirləri bu ilin ilk səkkiz ayında əhəmiyyətli dərəcədə artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında yer alan məlumata görə, yanvar-avqust aylarında şirkət 8,3 milyon dollar dəyərində məhsul ixrac edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyon dollar və ya 66 faiz çoxdur.

Məlumat üçün bildirək ki, “AzərEnerji”nin 2025-ci ilin yanvar-avqust aylarında ixrac gəlirləri 5 milyon dollar təşkil edib.

Beləliklə, bir il ərzində şirkətin ixrac gəlirləri 5 milyon dollardan 8,3 milyon dollara yüksəlib.